Kiçik Akademiya

Zəfər bayramı gününə həsr olumuş "Breyn-rinq" intellektual oyun06.11.2021-ci il tarixində 215 nömrəli tam orta məktəbdə "Zəfər günü"nə həsr olunmuş Kiçik Akademiya və Məktəblinin dostu layihəsinin birgə fəaliyyətinə əsaslanan "Breyn-rinq" intellektual oyunu keçirildi. İntellektual oyunda  9,10,11-ci sinif şagirdlərindən təşkil olunmuş komandalar  iştirak edirdi. Sonda I, II, III yer tutan komandaların üzvləri  diplomla təltif olundular.

Ətraflı

"Kiçik Akademiya"nın hesabat konfransı15 iyun 2021-ci il tarixdə Sabunçu rayonu ümumtəhsil məktəbləri üzrə Mərkəz "Kiçik Akademiya"nın təşkilatçılığı ilə 2020/2021-ci tədris ilində görülən işlərlə bağlı hesabat konfransı keçirildi. Konfrans Azərbaycan Respublikasının Dövlət Himni ilə başlamışdır. Konfrans 15 iyun - "Milli Qurtuluş Günü" nə təsadüf etdiyi üçün Ümummilli Lider Heydər Əliyevin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Sabunçu rayonu ümumtəhsil məktəbləri üzrə Mərkəz "Kiçik Akademiya"nın rəhbəri Sərxan Şahverdiyev konfrans iştirakçılarını salamlayaraq, 2020/2021-ci tədris ilində görülən işlər barədə statistik məlumatlar verərək, 2021-ci ilin I yarım ilinin yekunları barədə çıxış etmişdir. Ardınca 68, 108, 130, 142, 148, 170, 192, 209 , 271, 307 və 309 nömrəli tam orta məktəbin şagirdlərinin " Qurtuluşdan Zəfərə" "Ağıllı kənd" , "Nizami dünyası", "My success story", "Atom bombası" , "Zəncirvari nüvə reaksiyası" , " Ana dilimiz" , "Rus dilinin inkişaf aspektləri", " Səs və onun insan həyatında rolu " və.s mövzularına toxunaraq araşdırma işləri hazırlayıb, təqdimat etmişlər. Təqdimatlar ümumi struktura uyğun olaraq başlıq, giriş(problemin qoyuluşu, aktuallıq, yenilik) əsas hissə , işin məqsəd və vəzifələri, və xülasələlərə toxunularaq hazırlanmışdır. Hesabat konfransında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnkişaf Layihələri üzrə sektorun baş məsləhətçisi Sevinc xanım Əzimova, 150-dən çox şəxs - məktəb rəhbərləri, KA rəhbərləri , müəllimlər , şagirdlər iştirak etmişdir

Ətraflı

"Qurtuluşdan Zəfərə gedən yol" adlı elmi-praktiki konfrans11.06.2021-ci il tarixdə Sabunçu rayonu ümumtəhsil məktəbləri üzrə Mərkəz"Kiçik Akademiya"nın təşkilatçılığı Tarix kafedraları üzrə "Qurtuluşdan Zəfərə gedən yol" adlı elmi-praktiki konfrans keçirilmişdir. Konfrans Azərbaycan Respublikasının Dövlət Himni ilə başlamışdır. Daha sonra Sabunçu rayonu ümumtəhsil məktəbləri üzrə Mərkəz "Kiçik Akademiya"nın rəhbəri Sərxan Şahverdiyev çıxış edərək, elmi-praktiki konfrans haqqında ümumi məlumat verdi. Ardınca elmi-praktiki konfransın gündəliyinə əsasən 67 nömrəli tam orta məktəbin şagirdi Ağayeva Azərin, 71 nömrəli tam orta məktəbin şagirdi Gözəlov Müşfiq, 80 nömrəli tam orta məktəbin şagirdi Hacıyev Səfərəli, 81 nömrəli tam orta məktəbin şagirdi Babayeva Arzu və 96 nömrəli tam orta məktəbin şagirdi Abbasquliyeva Səmayə hazırladıqları təqdimatlar, elmi-məqalələr ilə mövzu ətrafında çıxış etdilər. Çıxışlar "Qurtuluş - Heydər Əliyev", "Ümummilli lider və Zəfərə gedən yol" , "Qurtuluş və İlham Əliyev" mövzularına əsasən baş tutmuşdur. Tədbirin sonunda Ümummilli Lider Heydər Əliyevin "Gənclərə verilən dəstək ", "Savadlı kadrların stimullaşdırılması" siyasətini əsas tutaraq buraxılış imtahanlarında yüksək bal toplamış və "Kiçik Akademiya"ların işlərində fərqlənən şagirdlərin stimullaşdırılması məqsədilə təltif edilmiş şagirdlər haqqında təqdimat nümayiş olunmuşdur. Elmi-praktiki konfransda 150-ə yaxın şagird, müəllim, KA rəhbələri və məktəb rəhbərləri iştirak etmişdir.

Ətraflı

“Türk dünyasına baxış - Azərbaycan türk dünyasının incisi” adlı təqdimat müsabiqəsinin nəticələri haqqındaSabunçu rayonu Mərkəz “Kiçik Akademiya”nın, YAP Sabunçu Rayon Təşkilatı Gənclər Birliyinin təşkilatçılığı ilə “Kiçik Akademiya”ların Tarix və Coğrafiya kafedraları üzrə “Türk dünyasına baxış - Azərbaycan türk dünyasının incisi” adlı təqdimat müsabiqəsinin nəticələri bəlli olmuşdur. Sabunçu rayonu 215 nömrəli tam orta məktəbin şagirdi Arif Salmanov II yerə layiq görülmüşlər. Müsabiqədə 40-a yaxın məktəbdən şagirdlər iştirak etmişdir. Qalib olan hər bir şagirdləri təbrik edir, onlara uğurlar və müvəffəqiyyətlər arzulayırıq !

Ətraflı

“Heydər Əliyev və Zəfər Tariximiz – Şuşa, Laçın ”08.05.2021-ci il tarixdə Sabunçu rayonunun “Kiçik Akademiya”üzrə mərkəz məktəbinin, Yeni Azərbaycan Partiyası Sabunçu Rayon Təşkilatı Gənclər Birliyinin təşkilatçılığı ilə “Kiçik Akademiya”ların Humanitar bölmə, Coğrafiya kafedraları üzrə Microsoft Teams Platforması üzərindən “Heydər Əliyev və Zəfər Tariximiz – Şuşa, Laçın” adlı elmi-praktiki konfrans keçirilmişdir. Konfrans Azərbaycan Respublikasının Dövlət Himni ilə başlamışdır. Daha sonra giriş sözü olaraq Sabunçu rayonunun “Kiçik Akademiya”üzrə mərkəz məktəbinin rəhbəri, YAP Sabunçu Rayon Təşkilatı Gənclər Birliyinin sədr müavini Sərxan Şahverdiyev çıxış edərək elmi-praktiki konfrans haqqında məlumat verdi. Ardınca BŞTİ-nin müdir müavini Hüseyn Əsgərov, BŞTİ-nin Keyfiyyətə nəzarət sektorunun müdiri Anar Mustafazadə, AzTU-nun Abituriyentlərlə və tələbələrlə iş üzrə sektorunun müdiri Əsmər Nəbiyeva çıxış edərək, öz dəyərli fikirlərini konfrans iştirakçıları ilə bölüşdülər. Konfransın gündəliyinə əsasən adları siyahıda qeyd olunan şəxslərin çıxışları baş tutmuşdur : 1. 305 nömrəli tam orta məktəbin şagirdi - Əlizadə Ayan (təqdimat); 2. 215 nömrəli tam orta məktəbin direktoru - Cavad Mustafayev; 3. 75 nömrəli tam orta məktəbin direktoru - Həqiqət Bayramova; 4. 90 nömrəli tam orta məktəbin Coğrafiya müəllimi - Ramilə Məmmədli; 5. 252 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi – Jalə Gülalıyeva; 6. 74 nömrəli tam orta məktəbin şagirdi – Ülkər Əsgərova; 7. 75 nömrəli tam orta məktəbin şagirdi – Nuray Quliyeva; 8. 215 nömrəli tam orta məktəbin şagirdi – Aydan İsrayılova Qeyd: Konfransda 200-dən çox şəxs(47 məktəb üzrə müəllim, şagird) iştirak etmişdir.

Ətraflı

"Zərifə Əliyeva -oftalmologiya elminin inkişafında müstəsna xidmətləri" adlı elmi -praktiki konfransSabunçu Regional “Kiçik Akademiya” sının, YAP Sabunçu Rayon Təşkilatı Gənclər Birliyinin, 4 nömrəli VMA –nın təşkilatçılığı ilə Microsoft Teams Platforması üzərindən “Zərifə Əliyeva –oftalmologiya elminin inkişafında müstəsna xidmətləri” adlı elmi –praktiki konfrans keçirilmişdir. Konfransda məktəbimizin Kiçik Akademiyasının müəllim və şagird üzvləri iştirak etmişdir.

Ətraflı

“Ümummilli turnir” adlı inteleqtual yarış şəkil11 dekabrda məktbimizdə Kiçik Akademiyasının tarix kafedrasının müəllimi Eynur Yaqubovun təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş II hissəli tədbir keçirildi. Tədbirin I hisəsində gənc akademiklər Heydər Əliyevin Azərbaycandakı fəaliyyəti haqqında araşdırmaları təqdim etdilər. Tədbirin II hissəsində Ulu Öndər Heydər Əliyevə həsr olunmuş “Ümummilli turnir” adlı inteleqtual yarış keçirildi. Yarışda I yer tutan komanda Fərqlənmə diplomu, II və III yer tutan iştirakçılar isə həvəsləndirici təşəkkürnamə ilə təltif olundular.

Ətraflı

Kiçik Akademiyanın yekun konfransıIyunun 13-də məktəbdə Kiçik Akademiyanın yekun konfransı keçirildi. Konfransda 18 kiçik akademik tərəfindən 15 elmi layihə münsiflərə təqdim edildi. Məktəbin kiçik akademiklərinin layihələri 10 nəfər müəllimdən ibarət mübsiflər heyyəti tərəfindən 5 meyara uyğun qiymətləndirildi. I, II, III yer tutan kiçik akademiklər kubok, medal və diplomlarla təltif olundular. Digər üzvlər isə həvəsləndirici diplom və hədiyyələrlə rəğbətləndirildi.

Ətraflı

Kiçik Akademiyanın növbəti seminarıMartın 6-da Kiçik Akademiyasını üzvləri ilə maarifləndirici seminar keçirildi. Məqsəd şagirdlərə elmi işlərin yazılış formatı haqqında məlumat vermək, problemləri ilə maraqlanmaq və dəstək olmaqdır.

Ətraflı

Məktəbdə Kİçik Akademiyanın təsis konfransı keçirildi15 fevralda məktəbimizdə Kiçik Akademiyanın təsis konfransı keçirildi. Kiçik Akademiyanın Əsasnaməsinə uyğun olaraq KA-nın məqsəd və vəzifələri,  strukturu haqqında pedoqoji kollektivə, metodbirləşmələrə və şagirdlərə məlumat verildi. Konfransda şagirdlər və pedoqoji kollektiv tərəfindən səsvermə yolu ilə KA-nın strukturu seçildi.

Ətraflı
HAQQIMIZDA

Məktəbin əsas binası 1995-ci ildə təhsil ocağı kimi fəaliyyətə başlayıb. Məktəbin 3 tədris korpusu var. 2007-ci ildə Təhsil Nazirliyi tə...

BİZİM FƏXRLƏRİMİZ

Əsəd Əliyev Nazim

Vüsal Behbudov Əli

HAQQIMIZDA

Məktəbin əsas binası 1995-ci ildə təhsil ocağı kimi fəaliyyətə başlayıb. Məktəbin 3 tədris korpusu var. 2007-ci ildə Təhsil Nazirliyi tə...

BİZİM FƏXRLƏRİMİZ

Əsəd Əliyev Nazim

Vüsal Behbudov Əli

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi