HAQQIMIZDA

Məktəbin əsas binası 1995-ci ildə təhsil ocağı kimi fəaliyyətə başlayıb. Məktəbin 3 tədris korpusu var. 2007-ci ildə Təhsil Nazirliyi tərəfindən 140 yerlik yardımçı korpus tikilmiş, 2011-ci ildə isə 15 sinif otağından ibarət 3 mərtəbəli tədris korpusu istifadəyə verilmişdi. Məktəbdə hal-hazırda 973şagird təhsil alır. Onlardan 25 uşaq məktəbəqədər hazırlıq qrupunda təhsil alır. Şagirdlərin təlim tərbiyəsi ilə 67 nəfər müəllim heyyəti məşğul olur. Məktəb 2 növbəlidir. I növbədə 26 sinif və 1 məktəbəhazırlıq qrupu, II növbədə isə 15 sinif fəaliyyət göstərir. Məktəbimizin əsas məqsəd və vəzifələri: ibtidai təhsil pilləsindən başlayaraq, şagirdlərin keyfiyyətli tam orta təhsil almalarını təmin etməklə bərabər, fizika, riyaziyyat, informatika fənnlərinə xüsusi maraq göstərən, bu fənlər üzrə dərin bilik almağa istedad və qabiliyyəti olan şagirdlər seçməklə onların potensial imkanlarının daha da inkişafına lazımi şərait yaratmaq və istiqamət verməkdən ibarətdir. Həmçinin məktəbdə Rəqəmsal bacarıqlar və STEAM layihələri tətbiq edilir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi