Aprel döyüşlərindən 9 il ötür!

Aprel döyüşlərindən 9 il ötür! Hər il olduğu kimi məktəbimizin sıra xəttində Aprel döyüşlərinə həsr olunmuş tədbir keçirildi. Bütün siniflər məktəbə bayraqlarla, plakatlarla sıraya gəlmişlər. Öncə Azərbaycan Respublikasının Dövlət Himni oxundu, sonra Vətən uğrunda canlarını qurban verən Şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükütla yad edildi. Məktəbin tarix müəllimi Vüsalə Məhərrəmli tarixi hadisə haqqında fikirlərini bildirdi. Sonra şagirdlər sıra xəttində hazırladıqları məlumatları və şeirləri söylədilər, gətirdikləri qərənfilləri məktəbimizin Şəhid-məzunların banerləri qarşısına qoydular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi