Şagirdimizin idman nailiyyətləri

Məktəbimizin fəal və istedadlı şagirdlərindən biri olan İsgəndərov Elmir cəmi 5 yaşından etibarən kick boks idman növü ilə məşğul olmağa başlayıb və bu müddət ərzində dəfələrlə klublararası yarışlarda birinci yerin sahibi olmuşdur. Ən son nailiyyəti isə 19 aprel 2025-ci ildə keçirilən ölkə birinciliyi və turnirində əldə etdiyi Pankration üzrə II yer olmuşdur. Bu uğur, onun fədakar əməyi, əzmkarlığı və idmana olan sevgisinin bariz nümunəsidir.