“BAYRAQ BİZİM QÜRURUMUZDUR” ADLI TƏDBİR KEÇİRİLİB

Noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günüdür. 2009-cu il noyabrın 17-də Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Sərəncam imzalayıb. Həmin il dekabrın 4-də isə Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib.
Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın dövlət bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq xalqımızın azadlıq məfkurəsinə, milli mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyini nümayiş etdirir.
Azərbaycan Respublikasının dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilib və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olub. Həmin bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilib. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu dövlət bayrağı elan edib.
Noaybrın 8-də M.Orucov adına 213 №-li məktəb-liseydə 9 noyabr - “Bayraq günü” münasibətilə tədbir təşkil etdi. İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səslənib. Tədbiri giriş sözü ilə məktəbin şagirdləri bayraq haqqında məlumat verib, məktəbin director əvəzi Həyat Dünyamalıyeva isə tədbir iştirakçılarını 9 noyabr - Dövlət Bayrağı günü ilə əlaqədar təbrik edərək, bayrağın qüdrətindən danışıb.
Daha sonra Bayraq günü ilə əlaqədar qısametrajlı film təqdim olunub. Həmçinin, Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Dövlət Bayrağı Günü münasibəti ilə keçirilən bayram tədbiri şagirdlərin hazırladıqları şerlər, mahnılar və rəqslərlə başa çatıb.
9 noyabr Dövlət Bayrağı günüdür