YAŞA HƏR AN, AZƏRBAYCAN

27 may 2025-ci il tarixində məktəb-liseyin IIIa sinfində “Yaşa hər an, Azərbaycan” adlı tədbir keçirildi. Tədbirdə ilk öncə şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.Tədbirin məqsədi Azərbaycanın müstəqillik tarixini bir daha qeyd etmək, müstəqilliyimizin qorunmasının vacibliyini şagirdlərə çatdırmaqdır.
Tədbirdə sinif rəhbəri Dadaşova Fəxriyyə çıxış edərək tariximizin, müstəqilliyimizin əldə olunması haqqında şagirdlərə məlumat verdi. Şagirdlərin ifasında şeirlər səsləndirildi. Tədbirin sonunda məktəbin həyətində IIIa sinif şagirdləri filəşmobla çıxış etdilər.