DƏYİRMİ MASA

“Ailəm və məktəbim” layihəsinin keçirilməsi ilə bağlı tədbirlər planına uyğun olaraq 29 may 2025-ci tarixində valideyn və şagirdelərin birgə fəaliyyətə cəlb olunması məqsədilə məktəb-liseyin kitabxana müdiri Hüseynova Sonanın təşkilatçılığı və Ia sinfinin valideynləri, şagirdlərinin iştirakı ilə “Dəyirmi masa” keçirildi.
“Dəyirmi masa” nın keçirilməsində əsas məqsəd valideyn və şagirdlərin birgə kitab müzakirəsinə cəlb olunması idi.
“Dəyirmi masa” da sinif müəllimi Zərifə İdrisova, psixoloq Yeganə Vəliyeva, məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı İlhamə Əsgərova iştirak etdi.