MAARİFLƏNDİRİCİ SEMİNAR

“7-dən 17-yə vətənpərvər” layihəsinin keçirilməsi ilə bağlı tədbirlər planına uyğyn olaraq 30-may 2025-ci il tarixində məktəb-liseyin coğrafiya müəllimi İlyasova Zərifə VIb sinfində maarifləndirici seminar keçirtdi. Seminarda Azərbaycanın tanınmış siyasi və dövlət xadimi Azərbaycan Xalq Cumhuriyyətinin banilərindən biri və Parlamentin sədri, müsəlman-türk xalqının milli azadlıq hərəkatının liderlərindən biri olan Əlimərdan bəy Topçubaşovun həyatı, təhsili və xidmətləri haqqında geniş məlumat verildi.