SON ZƏNG

 14 iyun 2025-ci il tarixində “Son zəng” tədbiri keçirildi.

 Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.

 Tədbiri məktəb-liseyin direktor əvəzi Məleykə Abışova giriş sözü ilə açaraq müəllimləri, valideyinləri və məzunları bu əlamətdar gün münasibəti ilə təbtik etdi. Məzunlara uğurlu yol diləyərək onlara ali məktəb məzunu olmağı arzuladı. Daha sonra məktəb-liseyin şagirdi olan şəhid Müşviq Orucovun atası Davud Orucov tədbir iştirakçılarını salamlayaraq, məzunları təbrik etdi. Onlara tələbə adını qazanmağı, vətənə layiqli övlad olmağı arzuladı.

 Tədbirdə fənn müəllimləri, sinif rəhbəri və valideyinlər məzunlara öz ürək sözlərini bildirdilər.

 Sonda söz XI sinif şagirdlərinə verildi. Məzunlar məktəb xatirələrini bölüşərək müəllimlərə və valideyinlərə minnətdarlıqlarını bildirdilər. Tədbirin sonunda “Son zəng” calındı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi