NARKOMANİYAYA QARŞI MÜBARİZƏ VƏ ZƏRƏRLİ VƏRDİŞLƏRDƏN QORUNMA YOLLARI

 “Sağlam nəsil-parlaq gələcək” layihəsinin keçirilməsi ilə bağlı keçirilən Tədbirlər Planına uyğun olaraq 10.04.2025-ci il tarixində məktəb-liseyin VIIIc sinif şagirdlərinin iştirakı ilə “Narkomaniyaya qarşı mübarizə və zərərli vərdişlərdən qorunma yolları “ mövzusunda maarifləndirici seminar keçirildi.

 Seminar məktəb-liseyin psixoloqu Yeganə Vəliyeva və uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı İlhamə Əsgərova tərəfindən keçirildi.

 Şagirdlərlə zərərli vərdişlərin, o cümlədən narkomaniyanın sağlamlığa verdiyi zərərlər haqqında geniş məlumat verdi.

 Mövzu ilə bağlı şagirdlərlə fikir mübadiləsi aparıldı, insanı narkotikdən istifadə etməyə təhrik edən səbəblər haqqında ətraflı danışıldı.

 Sonda mövzu ilə bağlı videoçarx nümayiş etdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi