ŞAGİRDLƏRİN PEŞƏYÖNÜMÜ TƏRBİYƏSİNİN TƏŞKİLİ

 3 aprel tarixində məktəb-liseyin psixoloqu Yeganə Vəliyeva tərəfindən IX sinif şagirdləri ilə “Şagirdlərin peşəyönümü tərbiyəsinin təşkili” mövzusunda seminar keçirildi. Seminar zamanı şagirdlərə gələcək peşələrini düzgün və uğurlu seçilməsi, peşələr aləmi haqqında ətraflı məlumat verildi. Eyni zamanda peşə təhsilinin əhəmiyyəti, şagirdlər arasında peşəyönümü işinin düzgün təşkilinin vacibliyi də vurğulandı.

 Şagirdlərə peşə seçərkən maraq, bacarıq və meyllərini hansı sahədə dahada çox uğur qazana biləcəklərini nəzərə almaq istiqamətində tövsiyyələr verildi.

Qeyd olundu ki, bu gün düzgün və düşünülmüş peşə seçimi gələcəkdə onların uğurunun təminatıdır.

Şagirdlərin ətraflı şəkildə maarifləndirilməsi üçün peşələr aləmi haqqında slaydlar və videocarx nümaiş olundu.

Seminarda Uşaqlarla sinifdənxaric və məktəbdənkənar tərbirə işi üzrə təşkilatçı İlhamə Əsgərova iştirak etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi