APREL DÖYÜŞLƏRİ-TARİXİ ZƏFƏRİMİZİN BAŞLANĞICIDIR

 4 aprel 2025-ci il tarixində məktəb-liseyin tarix müəllimi Rəhimova Nəzakət VIb sinfində aprel döyüşlərinin 9-cu il dönümü ilə bağlı “Aprel döyüşləri-Tarixi zəfərimizin başlanğıcıdır” mövzusunda dərs təşkil etdi.

 Torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Sonra müəllim düşmənin torpaq iddialarına qarşı mübarizəmizin şərəfli səhifəsi olan Aprel döyüşləri haqqında güniş məlumat verdi.

 Dərsin keçirilməsində əsas məqsəd yaxın tariximiz haqqında bir daha şagirdləri məlumatlandırmaq, həmçinin onların vətənpərvərlik ruhunda tərbiyə edilməsi, Vətən uğrunda şəhid olanların qəhrəmanlıq nümunəsində ülvi və müqəddəs hisslər formalaşdırmaq idi.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi