“ELİMİZƏ BAHAR GƏLİR”

18-mart 2025-ci ildə məktəb-liseydə Tədbirlər Planına uyğun olaraq Novruz bayramı münasibətilə “Elimizə bahar gəlir” başlığı altında ümumməktəb tədbiri keçirildi. Tədbir məktəb-liseyin həyətində baş tutdu.
Tədbiri giriş sözü ilə məktəb-liseyin direktor əvəzi Məleykə Abışova açdı. Tədbir iştirakçılarını “İlaxır çərşənbə” və Novruz bayramı münasibəti ilə təbrik edərək Novruz bayramını qeyd etmək təzə ili, baharın ilk gününü qarşılamaq olduğunu bildirdi.
Əsirlərin sınağından çıxmış mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan Novruz insanlar arasında birliyin və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam təməlin olduğunu bildirdi.
Tədbirdə Novruz adət-ənənələrinə uyğun olaraq tonqal yandırıldı və onun ətrafında şagirdlər rəqs etdilər.