28 MAY RESPUBLİKA GÜNÜ

28 May 1918 ci il Azərbaycanın ən parlaq və unudulmaz tarixi günlərindən biri yəni Azərbaycanın istiqlal günüdür. Bununla bağlı 27 May 2016-cı il tarixində 213 №-li məktəb-liseydə 28 May Respublika Gününə həsr olunmuş tədbir keçirildi.Tədbir I və VIII siniflər arasında keçirildi. Tədbirdə sinif rəhbərləri və tərbiyə işləri üzrə direktor müavini İlhamə müəllimə də iştirak edirdi.Təbirin açılışında Azərbaycan Respublikasının himni səsləndirildi. Məktəbin Tarix müəlliməsi Həsənova Bahar müəllimə “28 May Respublika Günü” haqqında şagirdlərə geniş məlumat verərək öz çıxışında bildirdi ki: “Bugünki tədbirimiz doğma Azərbaycanımızın yaranma gününə həsr olunub. 28 May 1918-ci il Vətənimizin anadan olduğu---yəni yarandığı tarixdir. Zaman-zaman Azərbaycanın tarixində sevincli, kədərli günlər olub. Hamısı da bir tarix olaraq Vətnimizin yaddaşında həkk olunub. Vətən əzizdir,Vətən doğmadır.Onu qorumaq və sevmək hər birimizin müqəddəs borcudur. Əgər biz Vətənimizi sevmiriksə,onu qorumaq da istəməyəcəyik. Qorumayacağıqsa onu sevmək də istəməyəcəyik. Bu yerdə gözəl şairimiz Abbas Səhhətin bir misrası yadıma düşdü.”Vətəni sevməyən insan olmaz, olsa ol şəxsdə vicdan olmaz”. Bütün bunlarla sizə anlatmaq istəyirəm ki, Vətən bizim üçün ən əziz, ən doğma bir varlıqdır. Uzun müddət Car Rusiyasının müstəmləkəsi altında olan Azərbaycan bu gün müstəqil bir dövlətdir. Bu gün onun öz sərhəddi,ordusu, bayrağı, himni, gerbi, paytaxtı, dövlət başçısı ən əsası isə şəhidləri var. Mən xüsusi olaraq şəhidlərimizi vurğulayıram. Şəhidi olan Vətən xoşbəxtdir.Vətən uçun şəhid olmaq isə xoşbəxtlikdir.Biz bu gün bu tədbirimizi məhz məktəbimizin şəhid məzunlarinin xatirəsini əbədiləşdirən memorialın qarşısında qeyd edirik.Çünki onların hər biri bu Vətənə, bu torpağa görə şəhid olublar.Biz bu gül- çiçəklə, bu təmtəraqla sanki onların ruhlarını şad edirik. Şəhidlərimizi daima yad edirik ki,onları unutmadıqlarımızı daim hiss etsinlər.Respublika günü münasibəti ilə keçirilən tədbirdə əsas məqsəd isə azadlığlın necə əldə olunması ilə bağlıdır. Zaman-zaman başı bəlalı olan ölkəmizin müxtəlif dövlətlərin müstəmləkəsinə çevrilməsi haqqında şagirdlərə ətraflı məlumat vermək, onlarda vətənpərvərlik hissini gücləndirmək və aşılamaq lazımdır”. Statın sonu.Tədbirdə 5b sinif şagirdi Qasımova Zeynəb əldə etdiyi biliyə əsaslanaraq Respublikamızın imperiyalara parçalanması, azadlıq-mübarizəsi nəticəsində yaranması haqqında məlumat verərək çarizmin süqutundan sonra AXC-in yaranması və süqutu haqqında məlumat verdi. Həmçinin eyni sinifdən: Vəliyeva Ləman, Mollayeva Leyla, Məmmədquliyeva Ləman, İbrahimov Mircəlal Respublikanın yaranması haqqında ətraflı məlumat verərək qeyd etdilər ki, 70-il Rusiya imperiyası altında əzilən millətimiz 1990-cı ildə azadlıq mübarizəsi nəticəsində yenidən Müstəqil Respublikamızı yaratdı.Mövzu ilə əlaqədar olaraq şagirdlər Azərbaycana, azadlığa aid şerlər də söylədilər. 5a, 5b siniflərindən İbrahimov Ələkbər, Hüseynov Nicat, Əzizli Mirmehdi, Qardaşəliyeva Aydan, Şükürova Aytac, Abbasova Lalə, Dadaşova Aysel, Qəhrəmanov Bəhruz öz fikirlərini öyrəndikləri şerlər vasitəsilə yoldaşlarına birldirdilər. Bu tədbirdə şagirdlər Vətəni sevməyi, onu qorumağı, hətta Vətən üçün şəhid olmağın vacibliyini öyrəndilər.Tədbirdə Azərbaycana aid şeirlər söyləndi.Vətənimizə həsr olunmuş mahnılar oxundu. Şəhidlərimizin memorialı üzərində gül dəstələri qoyuldu. Ruhları anıldı. Tədbirdə fəal iştirak edən şagirdlər məktəb rəhbərliyi tərəfindən fərqləndirildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi