"NİZAMİ GƏNCƏVİ İRSİ" ADLI DƏYİRMİ MASA

Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinin keçirilməsi ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Tədbirlər Planına əsasən 19 may 2021-ci il tarixində məktəb-liseyin Azərbaycan dili və ədəbiyyat müəllimləri arasında “Nizami Gəncəvi irsi” mövzusunda dəyirmi masa keçirildi. Dəyirmi masada məktəb-liseyin direktoru Səbinə Əliyeva , təlim-tərbiyə işləri üzrə direktor müavini Məleykə Abışova, təşkilati işlər üzrə direktor müavini İlhamə Əsgərova, kitabxana müdiri Sona Hüseynova, psixoloq Yeganə Vəliyeva, UBR Möminə Çerpanova iştirak etdi.  Dəyirmi masanı giriş sözü ilə Azərbaycan dili və ədəbiyyat metodbirləşməsinin sədri Güllü Əliyeva açdı. Sonra digər müəllimlər  Ruhəngiz Mancanova, Sədaqət Cabbarova, Təranə Əsgərova və başqaları Nizami Gəncəvinin əsərləri, onların tərbiyəvi əhəmiyyəti haqqında geniş söhbət etdilər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi