İngilis dili fənnindən açıq dərs

   Məktəbin illik Fəaliyyət Planının 1.2.4-cü bəndinə müvafiq olaraq “Gənc müəllim-peşəkar müəllim vəhdətinin yaradılması” istiqamətində işin qurulması və gənc müəllimlərin pedaqoji bacarıqlarının inkişaf etdirilməsi, özünəinamın artırılması, yaradıcı işə meylinin gücləndirilməsi məqsədilə nümunəvi dərslər təşkil olunur.

23 oktyabr tarixində məktəbin gənc ingilis dili müəllimi Ləman Abdulxalidli “The Great Invention” mövzusunda nümunəvi dərs verdi. Dərs müasir tələblərə uyğun təşkil edilmişdi. Dərs prosesində İKT-nin mövcud imkanlarından istifadə edilməsi sinfin fəallığını daha da artırdı. Sonda dərsin mövzusuna aid videoçarx nümayiş etdirildi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi