IX siniflərdə monitorinq keçirildi
Oktyabrın 19-da paytaxtın ümumtəhsil məssisələrində IX siniflər üzrə monitorinq təşkil olundu. Monitorinq Azərbaycan dili (rus dili), riyaziyyat və İngilis dili fənləri üzrə keçirildi.
Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən oktyabr ayının 19-da şagirdlərin təlim nəticələrinin təhlilinə əsasən ehtiyaclarının müəyyənləşdirilməsi, problemlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi, Azərbaycan dili (rus dili), riyaziyyat və xarici dil (əsas xarici dil) fənləri üzrə təlim nəticələrinin artırılması, eyni zamanda məktəb özünüqiymətləndirmənin formalaşdırılması məqsədilə məktəbdə IX siniflərdə Azərbaycan dili (rus dili), riyaziyyat və xarici dil fənləri üzrə diaqnostik imtahan təşkil edildi. Bu monitorinqin əsas məqsədi şagirdlərin təlim nəticələrini təhlil etmək, bu istiqamətdə müvafiq tədbirlər görmək, buraxılış fənləri üzrə keyfiyyəti artırmaq, məktəb özünüqiymətləndirməni formalaşdırmaq və onun tətbiqi üçün zəmin yaratmaqdan ibarətdir.