Fənn aylığı davam edir

     Məktəbin Fəaliyyət Planına müvafiq olaraq, ingilis dili fənn aylığı çərçivəsində nümunəvi dərslər keçirilməsi davam edir. Müəllim Gülnar Cəfərzadənin 6 “Ç” sinfində “Kitabın həyatımızda yeri və onlarla rəftar” mövzusunda dərsi müasir standartlara uyğun keçmişdir. Dərsin əsas məqsədi kitabın növləri haqqında məlumat əldə etmək və onları mövzu-məzmun və ideyasına görə bir-birindən fərqləndirmək idi. Dərs prosesində şagirdlər kitabla düzgün davranış qaydaları haqqında maraqlı fikirlər səsləndirdilər. Sonda şagirdlər yazı lövhəsində İKT vasitələrindən istifadə edərək, sərbəst şəkildə ideyalar ağacını tərtib edilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi