Sağlam qidalanaq

     Hər il BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) oktyabrın 16-nı Ümumdünya Qida Günü kimi qeyd edir. Ümumdünya Qida Günü də ictimaiyyətə mesaj göndərmək üçün vacib fürsətdir: yaşadığımız ömürdə aclığa və hər cür qeyri-sağlam qidalanmaya son qoyub aclığı yox edə bilərik, lakin həmin məqsədə çatmaq üçün hər kəs birlikdə çalışmalıdır.

     Bu gün ilə əlaqədar məktəbin 7 "A" sinf şagirdləri 1 Nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində keçirilən dəyirmi masada iştirak etdilər. Hər kəs sağlam həyat sürmək istəyir. Bunun üçün də sağlam qidalanmaya üstünlük verilməlidir. Qidalardan aldığımız bir çox vitaminlər orqanizmə müsbət, elə qidalar da vardır ki, mənfi təsir edir. Bu məqsədlə şagirdlər burada qidalanmanın həm sağlam, həm də mənfi cəhətlərini öyrəndilər. Sonda şagirdlərə təşəkkürnamələr verildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi