Həftə sonunun səmərəli təşkili

    Məktəbin xarici dil fənlərinə həm müəllimlərin, həm də şagirdlərin böyük marağı var. Xüsusilə də ingilis dili fənni şagirdlər tərəfindən çox sevilir. Onlar ingilis dilini dərsdə müəllimlərinin köməyi ilə müxtəlif vasitələrdən istifadə edərək öyrənməyə səy göstərirlər.
     Bu məqsədlə məktəbimizin 7 "Ç" sinif şagirdləri və ingilis dili müəllimi Afət Əmirova 12 oktyabr tarixində həm ingilis dilini dil daşıyıcısından eşitmək, həm də həftə sonunu səmərəli keçirmək məqsədilə şəhərimizdə yerləşən kinoteatrların birinə getdilər. İngilis dilində nümayiş etdirilən və dram janrında olan "Joker" filmi şagirdlərin böyük marağına səbəb oldu
    Film bitdikdən sonra şagirdlər fənn müəllimləri ilə birlikdə filmin süjeti və baş qəhrəmanının davranışlarını müzakirə etdilər. Daha sonra şagirdlər şəhərin mərkəzində yerləşən bir kitab mağazasına baş çəkib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi