Ümumdünya Psixi Sağlamlıq Günü

10 oktyabr  tarixində məktəbin qonağı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tabeliyində olan Təlimə Dəstək Mərkəzinin Psixoloji xidmətin təşkili üzrə metodisti Səidə Əhmədova oldu. Səidə Əhmədova və məktəb rəhbərliyinin təşkilatçılığı ilə valideynlərin və Vll, Vlll, lX sinif şagirdləri və onların valideynləri üçün seminar keçirildi.
    Toplantını giriş sözü ilə açan məktəbin direktoru Həcər Mahmudova gənc nəslin yetişməsində məktəbin və  psixoloqun rolundan danışdı. Daha sonra isə söz psixoloqlara verildi. Onlar "Yeniyetməlik yaş dövrünün xüsusiyyətləri, problemləri", "Valideyn-övlad münasibətləri", "Valideyn-məktəb əməkdaşlığı" mövzularında çıxış etdilər.  
   Seminar çərçivəsində şagirdlərin öz məqsədlərinə çatmaq üçün nə qədər iddiali olduqlarını yoxlamaq məqsədilə onların arasında müxtəlif oyunlar  keçirildi. Həmçinin seminarda valideyn və şagirdləri maraqlandıran suallara aydınlıq gətirildi.
     Keçirilən seminar "Ümumdünya Psixi Sağlamlıq Günü"nə təsadüf etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi