Kiçik Akademiyanın ilk iclası keçirilib
07 oktyabr 2019-cu il tarixində məktəbdə "Kiçik Akademiya"nın ilk iclası keçirilib. İclasda məktəbin direktoru Həcər Mahmudova, metodbirləşmə rəhbərləri və fənn müəllimləri iştirak ediblər. Burada 2019-2020-ci tədris ili üçün “Kiçik Akademiya”nın məqsədi, vəzifələri, strukturu, fəaliyyət istiqamətləri və idarəetmə orqanları haqqında məlumatlar müzakirə olunub.