Açıq dərs
Bu gün 5c sinfində riyaziyyat müəlliməsi Xəlilova Günelin açıq dərsi oldu. Dərsin mövzusu "Faiz" idi. Dərs torpaqlarımızın 20 faizinin işğal altında olması ilə başlandı. Yeni təlim metodlarından və elektron lövhədən istifadə edildi. Şagirdlər işlərini qrup halında işləyib təqdim etdilər. Dərsi direktor və fənn müəllimləri izlədilər.