Məktəbəhazırlıq qruplarında çalışan müəllimlər imtahan verib
“Məktəbəhazırlıq qruplarında işin təşkili metodikası” proqramı üzrə təşkil edilmiş təlimlər Təhsil Nazirliyinin sifarişi ilə “Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzi tərəfindən həyata keçirilib. Təlimlərin əsas məqsədi uşaqların erkən yaş dövründən intellektual, fiziki və psixoloji inkişafını, sadə əmək vərdişlərinə yiyələnməsini, istedad və qabiliyyətinin üzə çıxarılmasını, sağlamlığının qorunmasını, estetik tərbiyəsini, təbiətə və insanlara həssas münasibətinin formalaşmasını təmin etmək üçün məktəbəhazırlıq qruplarında məşğələlər keçən müəllimlərdə zəruri bacarıqlar formalaşdırmaqdan ibarətdir.
Bu təlimlərində iştirak etmiş və hazırda məktəbəhazırlıq qruplarında məşğələ aparan müəllimlər üçün 27-28 sentyabr tarixində sertifikatlaşdırma imtahanı keçirilib. Müəllimlər 45 dəqiqə vaxt ərzində iki variantdan ibarət 25 test sualını cavablandırıblar. İmtahanda iştirak etmiş müəllimlərə setifikatlar təqdim olunacaq.
Bu imtahanda məktəbin məktəbəhazırlıq qruplarında məşğələ aparan ibtidai sinif müəllimləri də iştirak edib.