Diaqnostik qiymətləndirmə keçirildi
16-20 sentyabr tarixlərində məktəbdə V–XI siniflər üzrə diaqnostik qiymətləndirmə aparılmışdır. Ayrı-ayrı fənnlər üzrə keçirilən bu qiymətləndirmə zamanı şagirdlər ötən ilki biliklərini nümayiş etdirdilər. Tapşırıqlar açıq və qapalı suallardan ibarət idi. Ümumilikdə 780-ə yaxın şagird iştirak etmişdir. Tədris ilinin əvvəlində təşkil olunmuş bu qiymətləndirmə vasitəsi təhsilin keyfiyyətini yüksəltməklə yanaşı şagirdlərdə motivasiyanın yaranmasına və fəal təlim prosesinin baş tutmasına kömək edir.