18 sentyabr Milli Musiqi Günü

Sentyabrın 18-də Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi  Üzeyir Hacıbəyovun doğum günüdür. Böyük bəstəkarın doğum gününün əsasını maestro Niyazi qoymuşdur.

Görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd eləmişdir. Üzeyir bəyin doğum gününün musiqi tariximizin ən əlamətdar hadisəsi kimi anılması tez bir zamanda ənənə halını almışdır.

1995-ci ildə isə Ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərara alınmışdır. Elə bu münasibətlə də sentyabrın 17-i məktəbin musiqi müəllimi İsmayılova Şəlalə və  uşaq birliyinin rəhbəri Şıxıyeva Turanənin rəhbərliyi ilə şagirdlərimiz Fəxri Xiyabanda Üzeyir Hacıbəyovun məzarını ziyarət etmişlər. Bəstəkarın məzarı üzərində Azərbaynanın Dövlət Himni şagirdlərimiz tərəfimdən ifa edilmişdir.

Fəxri Xiyabandan sonra müəllim və şagirdlərimiz bəstəkarın ev muzeyini də ziyarət etmişlər. Ev muzeyinin rəhbəri Rəna xanım şagirdlərimizə Üzeyir Hacıbəyovun həyat və yaradıcılığı ilə bağlı geniş məlumat vermişdir. Onlar dahi bəstəkarın şəxsi əşyalarına tamaşa etmiş, masası üzəridə olan, yarımçıq qalan son əsərinin notlarını böyük maraq və heyranlıqla izləmişlər. Üzeyir Hacıbəyova məxsus özəl əşyaları – yemək masasını, boşqabları, çay içdiyi fincanı, möhtəşəm əsərlərini yazdığı qələmi  uşaqlar böyük maraqla izləmişlər.

Bu ziyarət  şagirdlərimizə dahi bəsəkarı daha yaxından tanımaq fürsəti vermişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi