Tədris ilinin ilk pedaqoji iclası
13 sentyabr tarixində məktəbin akt zalında Pedaqoji Şuranın ilk iclası keçirildi. İclası məktəb direktoru - Həcər Mahmudova açdı. O, ölkəmizdə həyata keçirilən təhsil siyasətindən, dövlətin təhsilə göstərdiyi diqqət və qayğıdan bəhs edərək pedaqoji kollektivə yeni tədris ilində uğurlar arzuladı.
Daha sonra sözü məktəbin təlim tərbiyə işləri üzrə direktor müavinlərinə - Valeh Qasımova və Şəfəq Balıyevaya verdi. Onlar öz çıxışları zamanı yeni tədris ilində qarşıya qoyulan məsələləri pedaqoji heyətin nəzərinə çatdırdılar.
İclasın sonunda məkəbin ibtidai sinif müəllimi Qəmər Fərzəliyeva “Məktəbəhazırlıq təhsilinə cəlb olunmuş şagirdlərin təlim nailiyyətlərini necə qiymətləndirirəm” və riyaziyyat fənn müəllimi Rəbiyyə Şükürova “Təlim prosesində müasir qiymətləndirmə növlərinin tətbiqi təhsilin keyfiyyətinin yüksəldilməsində mühüm amildir” mövzularında məruzə ilə çıxış etdilər.
Sonda məktəbin bir neçə müəlliminə gənc nəslin təlim-tərbiyəsində göstərdikləri fəallığa görə fəxri fərmanla mükafatlandırıldılar.