Heydər Əliyev Mərkəzinə ekskursiya
Mart ayının 28-də məktəbimizin bir qrup şagird və müəllim heyəti H. Əliyev Mərkəzinə ekskursiyaya getmişdilər. Bu qeyri-adi, mürəkkəb quruluşlu Mərkəz dünya memarlığının incilərindən biri sayılır. Əbəs deyil ki, H. Əliyev mərkəzi müasir Bakının rəmzlərindəndir. Mərkəzə daxil olan kimi şagirdlər binanın xarici və daxili quruluşu, rəng seçimi, xüsusi elementlərin işlənməsi barədə məlumatlandırıldılar. Daha sonra bələdçilərin köməyi ilə şagirdlər Mərkəzin ən cəlbedici və maraq doğuran bölümü - Heydər Əliyev muzeyinə tamaşa etdilər. Burada Azərbaycan tarixinin və ümummilli lider H. Əliyevin həyat və fəaliyyətinin müxtəlif dönəmləri nümayiş etdirilir. Ulu öndər haqqında olan məlumatlar şagirdlərə həm də intraktiv formada çatdırılırdı. Muzeydə şagirdlər H. Əliyevə aid maraqlı faktlar, foto və video materiallarla tanış oldu, unikal eksponatlara tamaşa etdilər. Azərbaycan tarixinin qədimliyini əks etdirən qədim əşyalar və milli geyimlər də şagirdlərin marağına səbəb oldu.Bu ekskursiya şagirdlərin dünyagörüşünün formalaşmasınbda mühüm rol oynadı.