TOP's layihəsinin bağlanış mərasimində
İyulun 1-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında Azərbaycan Respublikası Təhsil Nazirliyi, British Council Azerbaijan, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, “İnkişaf Naminə İdman” İctimai Birliyinin birgə həyata keçirdiyi TOPs proqramının 5-ci mövsümünün bağlanış mərasimi keçirilib.
2018-2019-cu tədris ilində Tops proqramına 100 məktəb əlavə olunub. Əlavə olunmuş məktəblərdən TOPs təlimlərinə ümumilikdə 600 nəfərə yaxın müəllim cəlb edilib. Onlardan 400-ü fiziki tərbiyə, 200-ü ibtidai sinif müəllimidir. Layihə müddətində təlimlərdə iştirak edən hər bir müəllimin sertifikatlaşdırılması da həyata keçirilib.
TOP's layihəsinin bağlanış mərasimində məktəbin direktoru Həcər Mahmudova, ibtidai sinif müəllimi Əsmər İsmayılova və fiziki tərbiyə müəllimi Natiq Hüseynov iştirak etdi, müəllimlərə layihə rəhbərliyi tərəfindən sertifikatlar təqdim olundu.