Məktəbdə Pedaqoji Şuranın növbəti iclası keçirilib
İclası məktəbin direktoru açıq elan etdikdən sonra direktor müavini Valeh Qasımov, psixoloq Nuriyyə Məmmədova, ayrı-ayrı fənnlər üzrə metod birləşmə rəhbərləri, IX-XI siniflərin rəhbərləri tərəfindən hesabatlar pedaqoji heyətin nəzrinə çatdırıldı.
Hesabat məruzələri dinlənildikdən sonra məktəbin direktoru Həcər Mahmudova 2018/2019-cu tədris ilinin imtahan nəticələri barədə geniş məlumat verərək, növbəti tədris ili üçün müəllimlərə tapşırıq və tövsiyələrini söylədi.