Zavoda ekskursiya

Bakıda tullantıların idarə olunması sistemi ilə əyani tanış olmaq məqsədilə məktəbin direktoru Həcər Mahmudova “Təmiz şəhər” Bakı bərk məişət tullantılarının çeşidlənməsi zavodunun  rəhbərliyinə məktubla müraciət etdi.  Məktəbin VII və VIII sinif şagirdləri “Təmiz şəhər” Bakı bərk məişət tullantılarının çeşidlənməsi zavodunda ekskursiyada oldu.

Əvvəlcə məktəblilər tullantıların yığılması, daşınması prosesi və kompleks idarə  edilməsi haqqında məlumatlandırılıb. Sonra isə tullantıların zərərsizləşdirilməsi prosesini müşahidə etmək məqsədilə məktəblilər zavodda tullantıların çeşidlənməsi prosesi ilə tanış olublar.

Şagirdlərə il ərzində 200 min ton tullantı qəbul etmək gücünə malik olan zavodun fəaliyyəti nəticəsində yararlı tullantının ayrılaraq təkrar emala yönəldiləcəyi barədə məlumat verilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi