Son zəng
Bu gün 211 N-li məktəbdə onbirincilərimiz üçün SON ZƏNG çalındı. Bu münasibətlə təşkil edilmiş tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşı İlahə Talıbova, valideynlər, müəllim-şagird heyəti iştirak etdi.
Bütün məzunları təbrik edir, həyatlarının yeni qədəm qoyduqları gələcək məsuliyyətli mərhələsində uğurlar arzulayırıq. Yolunuz açıq olsun, əziz məzunlar!