Nəsimi qəzəl müsabiqəsi başa çatdı

İyunun 10-da Bakı şəhəri 5 nömrəli tam orta məktəbdə “Məktəblinin dostu” layihəsi çərçivəsində keçirilən böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr edilmiş “Nəsimi qəzəl müsabiqəsi”nin final mərhələsinə yekun vurulub.

Tədbirdə “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnsan resursları və təlim şöbəsinin müdir müavini Cahangir Hacıyev, Diksiya Akademiyasının rəhbəri Cəlalə Nəzəroğlu iştirak edib.

Müsabiqədə “Məktəblinin dostu” layihəsinin əhatə etdiyi məktəblər arasından finala vəsiqə qazanmış 8 komanda çıxış edib. Məktəblilər şairin qəzəllərindən nümunələr ifa ediblər. Onların çıxışları münsiflər heyəti tərəfindən qiymətləndirilib.

162 nömrəli tam orta məktəb və 166 nömrəli məktəb-lisey eyni xal toplayaraq III yeri, 211 nömrəli tam orta məktəb II, 276 nömrəli tam orta məktəbin şagirdlərindən ibarət komanda isə I yeri tutub. EDUGrata Təhsil Mərkəzinin sponsorluğu ilə qalib komandalara diplom və hədiyyələr təqdim olunub. Tədbirdə çıxış edən qonaqlar qalib komandaları təbrik edib, şagirdlərə dərslərində və gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

Müsabiqənin keçirilməsində məqsəd məktəbliləri Nəsiminin əsərləri ilə tanış etmək, Nəsimi poeziyasını sevdirmək, onların bədii yaradıcılıq bacarıqlarını aşkara çıxarmaq və bu yöndə istiqamətləndirməkdən ibarətdir.  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi