Əlifba bayramı

 Bu gün məktəbin 1 “B” sinif şagirdləri “Əlifba bayramı”nı Abşeron yarımadasının ən gözəl guşələrindən birində - Mərdəkan qəsəbəsində yerləşən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dendrologiya İnstitutunun ərazisində qeyd etdilər. Bura tropik və subtropik bitki növlərinin canlı muzeyidi və 1895-1920-ci illərdə xeyriyyəçi və neft sahibkarı Murtuza Muxtarovun şəxsi bağı olub.

Birincilərin sevincinə səbəb olan bu bayramda bir sıra maraqlı anlar yaşandı. Öz məharətlərini göstərmək istəyən balacalar bağın əsrarəngiz yerlərinə tamaşa etməklə yanaşı, yerləşdiyi ərazidə  mahnılar oxudular, şeirlər dedilər, “Arşın mal alan” filmindən səhnəcik  təqdim etdilər. Balacaların sevincinə səbəb olan bu şənlik həm də onların bacarıqlarını nümayiş etdirmək üçün çox maraqlı idi.  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi