Türkmənçay müqaviləsi
31 may tarixində 8 "B" sinfində Azərbaycan tarixindən "Türkmənçay müqaviləsi" mövzusunda nümunəvi dərs təqdim edildi. Dərsdə Azərbaycanın işğalını rəsmiləşdirən bu müqavilənin tariximizin ən qaranlıq bir səhifəsini təşkil etdiyi göstərildi. Bu müqavilə Azərbaycanı parçalayaraq xalqımıza böyük mənəvi zərbə vurmuşdur. Son dövrlərdə alınmış torpaqlarımızı qaytardıqdan sonra ən böyük arzumuz Azərbaycanın şimalilə cənubunu birləşdirib Məmməd Arazın sözlərində deyildiyi kimi Arazın həsrətinə son qoymaqdır.