“Novruz mühazirəsi”

11.03.2016-cı il tarixində məktəbin şagirdləri Azərbaycan Milli Elmlər Akademiyasında “Novruz mühazirəsi” çərçivəsində keçirilən tədbirdə iştirak etdilər.Şagirdlər akademiyanın foyesində təşkil olunmuş sərgi ilə tanış olduqdan sonra tanınmış folklorşünas alimlər Novruz çərşəmbələri və onların mahiyyəti haqqında geniş məlumat verdilər.“Novruz mühazirə”lərindən sonra Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitunun direktoru professor Misir Mərdanovun orta məktəblərin seçilmiş qabaqcıl şagirdləri ilə görüşlər keçirildi.Misir Mərdanov gəncləri elm sahəsində araşdırmalar aparmağa elmi işin üzərində işləməyi tövsiyyə etdi və gələcəyin ən yaxşı alimləri olmalarını arzuladı.Sonda professor M.Mərdanov məktəbin şagirdləri ilə şəkil çəkdirdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi