Nəsimi qəzəl müsabiqəsi
“Məktəblinin dostu” layihəsi çərçivəsində böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə məktəblilər arasında “Nəsimi qəzəl müsabiqəsi” keçirilir.Müsabiqənin keçirilməsində məqsəd məktəbliləri Nəsiminin əsərləri ilə tanış etmək, Nəsimi poeziyasını sevdirmək, onların bədii yaradıcılıq bacarıqlarını aşkara çıxarmaq və bu yöndə istiqamətləndirməkdən ibarətdir.
22-23 may tarixlərində Bakı şəhəri 5 nömrəli tam orta məktəbdə müsabiqənin ilkin seçim mərhələsi baş tutub. Tədbirə qatılan məktəblilər şairin qəzəllərindən nümunələr ifa ediblər. Onların çıxışları münsiflər heyəti tərəfindən qiymətləndirilib. “Məktəblinin dostu” layihəsinin əhatə etdiyi məktəblərin iştirak etdiyi müsabiqədə 8 məktəb final mərhələsinə vəsiqə qazanıb. “Nəsimi qəzəl müsabiqəsinin” final mərhələsi 9, 63, 162, 166, 200, 211, 276, 308 nömrəli məktəblərin iştirakı ilə iyun ayında keçiriləcək.