Pedaqoji iclas
Ümumi təhsil müəssisələrində əlverişli təlim və inkişaf mühitinin təmin olunması ən aktual məsələlərdən biridir. Bununla bağlı məktəb rəhbərliyi tərəfindən məktəbin pedaqoji heyətinin iştirakı ilə iclas keçirilib. İclasda ümumi təhsil müəssisələrində əlverişli təlim və inkişaf mühitinin təmin edilməsi, məktəblərin fəaliyyətində səmərəliliyin artırılması üçün sistemli işin aparılması və məktəbin idarəetmə məsələlərindən bəhs olunub. Təhsil nazirinin müvafiq əmri ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisələrində əlverişli təlim və inkişaf mühitinin təmin edilməsi üzrə əlavə tədbirlər barədə Fəaliyyət Planı”nda nəzərdə tutulmuş həlli vacib məsələlərdən və ümumi təhsil müəssisələrinin qarşısında duran prioritet istiqamətlərdən danışılıb.
Bu barədə iclasda məktəbin direktoru Həcər Mahmudova tərəfindən müəllimlərə məlumat verilib, Fəaliyyət Planında nəzərdə tutulmuş həlli vacib məsələlər barədə ətraflı söhbət açılıb.
İclasda ümumi təhsil müəssisələrində əlverişli təlim və inkişaf mühitinin yaradılması, şagirdlərin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi, tərbiyə işinin, məktəb-ailə münasibətlərinin düzgün tənzimlənməsi, məktəblərdə psixoloji xidmət və sağlam psixoloji mühitin rolu barədə müvafiq tövsiyyələr verilib.