Qobustan Dövlət Tarixi-Bədii Qoruğuna ekskursiya
Məktəktəbin direktoru, 6 ”B” sinfinin rəhbəri və şagirdləri, həmçinin valideynləri Qobustan Dövlət Tarixi-Bədii Qoruğuna ekskursiya ediblər. Qoruğun bələdçisi məlumat verib ki, Qobustan Azərbaycanın qədim tarixinin yadigarlarından biridir. Qoruqla tanışlıq burada inşa edilən muzeydən başlayıb. Məktəblilər zalları gəzərək ekspozisiyalarla tanış olublar. Sonra məktəblilər qoruq ərazisindəki mağaralara gediblər və buradakı qayaüstü qədim rəsm nümunələrinə baxıblar.