Maraqlı ekskursiya
Məktəbin 1”E” sinif şagirdləri sinif müəllimləri və valideynləri ilə birlikdə Qala qəsəbəsində yerləşən Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunda ekskursiyada oldular. Qədim tarixə malik abidələr, insan məskənləri, əmək alətləri və məişət əşyaları şagirdlərin marağına səbəb oldu. Açıq səma altında yerləşən bu muzeyin əməkdaşları eksponatlar haqqında ətraflı məlumat verərək unudulmuş adət- ənənələrimizdən, ulu baba və nənələrimizin məşğuliyyətindən geniş söz açdılar. Şagirdlər ekskursiya zamanı bir daha əmin oldular ki, xalqımızın çox qədim tarixi var və onun maddi və mənəvi sərvətlərini qoruyub gələcək nəsillərə ötürmək vəzifəsi məhz onların üzərinə düşür.