“Nə? Harada? Nə zaman” intellektual oyunu

“Məktəblinin dostu” layihəsi çərçivəsində ümummilli lider Heydər Əliyevin 96 illik yubileyi münasibətilə “Nə? Harada? Nə zaman” intellektual oyunu üzrə məktəblilər arasında çempionat keçirilib.
             Çempionatın keçirilməsində məqsəd şagirdlərin intellektual səviyyəsini, dünyagörüşünü artırmaq, zehni inkişafını gücləndirmək, eləcə də asudə vaxtlarını səmərəli təşkil etməkdən ibarətdir.
             “Məktəblinin dostu” layihəsinin tətbiq edildiyi 35 məktəbin VIII, IX, X sinif şagirdləri mübarizə aparıb. Komandalar 5 üzv və 1 kapitan olmaqla 6 nəfərdən ibarət olub. Yarış iki hissədən ibarət təşkil edilib. Hər hissədə komandalara 12 sual verilib.
             Qeyd edək ki, bu çempionatda 211 saylı məktəbi  X sinif şagirdləri təmsil etmişlər.. Onlar birinci hissədə 1-ci yerə, ikinci hissədə isə 5-ci yerə layiq görülüblər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi