Lütfi Zadə adına məntiq olimpiadasının ilk turu keçirilib

           Lütfi Zadə adına məktəblilərarası məntiq olimpiadasının ilk turu - məktəbdaxili mərhələsi keçirilib. Olimpiadada məktəbin hər iki (Azərbaycan və rus) bölməsinin V-VI sinif şagirdləri iştirak ediblər. Bilik yarışı saat 10.00-da başlanıb və 11.30-da bitib. Məktəbdaxili mərhələdə şagirdlər bir saat yarım vaxt ərzində bədii, mücərrəd və verbal məntiqi təfəkkür növlərinə aid 25 test sualını cavablandırıblar. İlk turda uğur əldə edən məktəblilər olimpiadanın final mərhələsinə vəsiqə qazanacaqlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi