Nümunəvi dərs

           Aprel ayı məktəbdə təbiət fənnləri aylığı elan olunmuşdu. Aylıq çərçivəsində məktəbdə divar qəzetlərinin buraxılması, açıq dərslərin keçirilməsi, müxtəlif tədbirlərin hazırlanması, debat və dəyirmi masaların, ekskursiyaların təşkili, həmçinin şagirdlərin bilik və bacarıqlarının yoxlanılması və monitorinqlərin keçirilməsi nəzərdə tutulmuşdu.
           Aylığın tədbirlər planına müvafiq olaraq aprelin 29-da biologiya fənn müəllimi Cəmalə Zeynalova 8 “C” sinfində “Eşitmə və müvazinət orqanı qulaq” mövzusunda açıq dərs verdi.
           Keçirilən açıq dərsdə  müəllim interaktiv təlim metodlarından,elektron lövhədən və əlavə vasitələrdə istifadə edərək dərsi müasir tələblər səviiyəsində qurdu.Dərsdə şagirdlər internet resurslarından istifadə edərək qulaq haqqında əlavə məlumatlar verdilər. Şagirdlər dərsdə həvəslə iştirak edirlər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi