Nümunəvi dərs

           Sevindirici haldır ki, məktəbimizdə nümunəvi açıq dərslərin keçirilməsi artıq adət halını almışdır. Mütəmadi olaraq keçirilən nümunəvi açıq dərslər şagirdlərin dərsə məsuliyyətinin artmasına, müəllimlərin öz peşə fəaliyyətlərində daima yeniliklərlə maraqlanmasına səbəb olur. Buna görə də məktəbimizdə istər rəhbərlik, istərsə də pedaqoji heyət belə dərslərin keçirilməsinə xüsusi əhəmiyyət verir. Bu dəfəki nümunəvi dərs məktəbin biologiya müəllimi Münəvvər Məmmədova tərəfindən 7 “Ç” sinif şagirdlərinin iştirakı ilə “Sürünənlərin müxtəlifliyi və təbiətdə əhəmiyyəti” mövzusunda keçirildi. Dərs məktəb direktoru Həcər Mahmudovanın, metodbirləşmə sədri Cəmalə Zeynalovanın və biologiya müəllimi Ramilə Əhmədovanın iştirakı ilə keçirildi.
           Dərsin məqsədi sürünənlərin dəstələrinə aid heyvanları fərqləndirmək və yerli şəraitdə sürünənlərin qorunmasına dair müşahidələrin aparılması idi.  
 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi