Nümunəvi dərs
Məktəbin illik fəaliyyət planına əsasən şagirdlərin müxtəlif fənnlər üzrə bilik, bacarıq və vərdişlərə yiyələnmə imkanlarının artırılması, əməkdaşlıq bacarıqlarının formalaşdırılması məqsədilə məktəbdə keçirilən açıq dərslər davam edir.
Biologiya aylığı çərçivəsində fənn müəllimi Ramilə Əhmədova 7 ”B” sinfində “Quşlar sinfi” mövzusunda nümunəvi dərs təqdim etdi. Dərsin keçirilməsində əsas məqsəd şagirdlərə quşların quruluşunun müxtəlifliyini öyrətmək, sürünənlərdə və quşlarda gedən həyati prosesləri fərqləndirmək idi.
Dərs müasir təlim standartlarına tam cavab verirdi. Elektron lövhədən istifadə edilməsi, qrupların işi və təqdimatları, əyani vəsaitlərdən məqamında istifadə olunması və s. müsbət göstəricilərdən idi.