Cəsurlar

  Respublika məktəbliləri arasında  "Gənc xilasedici və yanğınsöndürən" yarışlarına start verildi. Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı və Təhsil, Gənclər və İdman nazirliklərinin dəstəyi ilə ümumtəhsil müəssisələrinin şagirdləri arasında keçirilən yarışlar fövqəladə hallara hazırlıq sahəsində fiziki və intellektual müsabiqələrdən təşkil olunmuşdu. 
           Yarış "Yanğın söndürən paltarların geyilməsi", "Maneələr zolağının dəf edilməsi", "Təzyiqli su ilə topların vurulması" və "Yaralıların təhlükəli zonadan çıxarılması" üzrə 4 mərhələdə keçirildi. 
        Yarışda məktəbin yuxarı sinif şagirdləri iştirak edirdi. Onlar “Cəsurlar” komandası adı altında verilən bütün tapşırıqları 5 dəqiqə 58 saniyə müddətində müvəffəqiyyətlə yerinə yetirdilər. 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi