Kitabların sehirli dünyası

Kitabxana müdiri Ülviyyə Fərəcova və kitabxanaçı Rayihə Yusubovanın təşkilatçılığı ilə 23 aprel Dünya Kitab və Müəllif Hüquqları Günü münasibətilə məktəbdə “Kitabların sehirli dünyası” adlı tədbir keçirildi.
          Tədbirin keçirilməsində əsas məqsəd şagirdlər arasında mütaliə mədəniyyəti və oxu vərdişinin inkişaf etdirilməsi, kitaba marağın artırılması, kitabın həyatımızda rolunu aşılamaq idi.
Məktəbin şagirdləri rəngarəng proqramlarla çıxış etdilər, onlar tərəfindən hazırlanan səhnəciklər iştirakçılara təqdim olundu.
          Tədbirin sonunda uşaqlar belə qənaətə gəldilər ki, biz yalnız oxumaqla, araşdırmalar aparmaqla özümüzü inkişaf etdirərək müasir Azərbaycanımıza layiqli övladlar olmalıyıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi