Ümumməktəb valideyn iclası
Həftə sonu məktəbdə ümumməktəb valideyn iclası keçirildi. İclasda məktəb-valideyn münasibətlərinin təşkili və təhsilə müsbət təsiri haqqında məktəbin direktoru Həcər Mahmudova danışdı. Sonra söz məktəbin psixoloqu Nuriyyə Məmmədovaya verildi. O da öz çıxışında şagirdlərin davranışında neqativ halların olmaması üçün əlindən gələni etdiyini söylədi, valideynlərə tövsiyə etdi ki, evdə də hər bir uşağa fərdi yanaşılsın və uşaqların problemlərini məktəblə birlikdə həll etsinlər.