Zooloji muzeyə ekskursiya
Məktəbin şagirdləri bu gün AMEA-nın Zoologiya İnstitutunun nəzdində fəaliyyət göstərən Zooloji muzeydə ekskursiyada oldular.
XX əsrin əvvəllərindən başlayaraq Azərbaycan və xarici ölkə alimləri tərəfindən Respublikanın faunası öyrənilərkən əldə edilən nümunələr Zoologiya İnstitutunun laboratoriyalarında kolleksiya materialları şəkilində toplanması, saxlanması və mütəmadi olaraq yeni eksponatlarla zənginləşdirilməsi İnstitutda Zooloji Muzeyin yaradılması üçün zəmin olmuşdur.
Zooloji muzeyin əsas məqsədi, həm Azərbaycan faunasının biomüxtəlifliyini öyrənmək, ayrı - ayrı təsnifat qruplarına aid olan canlıların biologiyasını, ekologiyasını, biosferdə rolunu tədqiq etmək, nadir və nəsli kəsilmək təhlükəsi olan növlərin qorunması üçün mühafizə tədbirlərini hazırlamaq və bu təklifləri müvafiq qurumlara təklif etmək, həm də muzeyin ekspozisiya və kolleksiya fondunu qoruyub saxlamaq və inkişaf etdirmək, geniş əhali kütlələrinə zooekoloji biliklər vermək və onlarda ekoloji tərbiyəni formalaşdırmaqdır.
Şagirdlər bu ekskursiyada Azərbaycanın faunası haqqında çoxlu maraqli biliklər əldə etdilər və özlərində qeydlər apardılar.