Gənc fiziklərin yaradıcılıq müsabiqəsi
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri və uşaq-gənclər inkişaf mərkəzlərinin şagirdləri arasında keçirilən gənc fiziklərin yaradıcılıq müsabiqəsinin rayon mərhələsi başa çatıb.Bu müsabiqədə 211 saylı tam orta məktəbin şagirdləri də iştirak edib.
Müsabiqənin rayon mərhələsində 266 ümumi təhsil müəssisəsindən 798 şagird iştirak edib. Şagirdlər 2 akademik saat ərzində ümumi təhsil və uşaq-gənclər inkişaf mərkəzlərinin proqramlarına uyğun olaraq 30 sualdan ibarət test tapşırığını və 2 məsələni yerinə yetiriblər.